Ərdoğandan məktəblərdəki faciə ilə bağlı göstəriş verdi

20.04.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Türkiyə onlayn təhdidlərə qarşı süni intellektdən istifadə edəcək

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, ölkədə artan onlayn təhdidlərə qarşı mübarizəni gücləndirmək məqsədilə süni intellekt texnologiyalarından istifadə olunacağını açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, xüsusilə məktəblərin təhlükəsizliyinin təmin olunması üçün hökumət internetin “qaranlıq dərinliklərində” daha aktiv fəaliyyət göstərəcək. Bu çərçivədə süni intellekt vasitəsilə potensial təhlükələrin erkən aşkarlanması və qarşısının alınması nəzərdə tutulur.

Bundan əlavə, texnoloji monitorinq mexanizmləri ilə yanaşı, təhsil müəssisələri və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью