GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı son mesajları bir neçə istiqamətdə dəyərləndirilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
O, Türkiyə liderinin Ermənistanla əlaqələr məsələsində Azərbaycanın adını vurğulamasının təsadüf olmadığını söyləyib:
“Ərdoğan yenə Ankara ilə münasibətlərimizin normallaşdırılmasını Bakı və irəvan arasında sülh prosesinə bağlı olduğunu vurğulayıb. Türkiyə lideri Ermənistanla əlaqələrə fərqi yanaşmır, sadəcə Azərbaycan üzərindən mövqe sərgiləyir. O, yeni ildə İrəvanla münasibətlərdə simvolik addımların atılacağını söyləyib. Burada əsas məqsəd əlaqələrin qurulması deyil, məhz 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərdə baş nazir Nikol Paşinyana bir növ dəstək məqsədi daşıyır. Ankara Paşinyanın seçkiqabağı mövqeyini gücləndirməyə çalışır, sülh mesajlarını da buna görə verir.
Türkiyənin simvolik jestləri, məsələn, üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması, birbaşa uçuşlar, dəmir yolunun bərpası və ya digər kiçik addımlar da baş nazirin erməni xalqına xarici siyasətdəki uğuru kimi təqdim olunur. Məqsəd də budur”.
Əliyar Xəlil
Globalinfo.az