Ərdoğandan PKK ilə bağlı mühüm PAYLAŞIM

11.07.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsi barədə paylaşım edib.

Modern.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Terrorsuz Türkiyə" hədəfimizə gedən yolda bu gün atılan mühüm addımın xeyirlərə vəsilə olmasını diləyirəm. Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin",-Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью