Ərdoğandan Putinə: Çalışacam ki, burada münaqişə başlamasın

28.03.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ərdoğan regional məsələlərin həllində Türkiyə ilə Rusiya arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, Rusiya–Ukrayna müharibəsinin sona çatdırılması üçün başladılan prosesi Türkiyənin yaxından izlədiyini və sülh danışıqlarına ev sahibliyi etmək də daxil olmaqla, hər cür dəstəyə hazır olduğunu bildirib.

Ərdoğan həmçinin Türkiyənin Qara dənizin münaqişə bölgəsinə çevrilməməsi üçün üzərinə düşəni yerinə yetirməyə davam edəcəyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью