Ərdoğandan Rusiyaya mesaj: Sizi gözləyirik

18.03.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Rusiyanın atəşkəs çağırışını qəbul etməsini gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Alexander Stubb ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və qalıcı sülhlə bitirmək üçün səylərini davam etdirir.

Qeyd edək ki, ötən həftə ABŞ və Ukrayna arasında 30 günlük atəşkəsin elan edilməsi barədə razılaşma əldə olunub. Rusiyadan hər hansı cavab gəlməyib.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью