Ərdoğandan sərt mesaj: “24 ildir xam xəyallar qururlar” Görün kimi hədəf aldı?!

22.10.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin problemlərindən siyasi qazanc əldə etməyə çalışanları tənqid edib.

Turkustan.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri AK Partinin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxışı zamanı səsləndirib.

“‘Mənim maraqlarıma xidmət edəcəksə, qoy bu ölkə batsın, dağılsın, xaosa sürüklənsin’ yanaşması son dərəcə eqoist mövqedir. Bu, Türkiyəyə qarşı əməliyyat planları quran çevrələrə cəsarət verir”, – deyə Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, şəxsi siyasi gələcəyini vətəndaşı olduğu ölkənin və mənsub olduğu millətin fəlakəti ilə əlaqələndirmək eqoist düşüncə tərzinin təzahürüdür.

“24 il ərzində ölkənin ayağına nə vaxt daş dəysə, ümidləndilər, Türkiyənin çətinliklərindən siyasi qazanc əldə etməyə çalışdılar. Bütün ümidlərini ölkənin iqtisadi, siyasi və sosial baxımdan zəifləməsinə, bununla da hakimiyyətin nüfuz itirməsinə bağladılar. Bu gün də eyni xam xəyalları qururlar”, – deyə Türkiyə lideri qeyd edib./yenisabah.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью