Ərdoğandan Suriya ilə bağlı bəyanat | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Suriya ilə bağlı bəyanat yayıb.
"Cebheinfo.az" xəbər verir ki, bəyanatda deyilir: "Suriyadakı kürdlər bizim sözün əsl mənasında qardaş və bacılarımızdır.
Onların qardaşı olaraq, Suriyadakı kürd qardaş və bacılarımızın keçmiş zalım rejim dövründə hansı zülm və haqsızlıqlara məruz qaldığını hamıdan yaxşı biz bilirik.
Onların mövcudluğu belə tanınmır, vətəndaş kimi qəbul edilmirdilər. Onlara heç şəxsiyyət vəsiqəsi də verilmirdi.
Ana dillərində danışmalarına, mədəniyyət və adət-ənənələrini qoruyub yaşatmalarına icazə yox idi".
Türkiyə prezidenti 2008-ci ildən etibarən apardığı bütün görüşlərdə bu ədalətsizlikləri ardıcıl şəkildə gündəmə gətirdiyini bildirib: "Biz Suriyadakı kürd qardaş və bacılarımızın hüquqlarını daim prioritet məsələ kimi diqqət mərkəzində saxlamış və hər fürsətdə onların fundamental hüquqlarının layiqincə bərpa edilməsinin vacibliyini vurğulamışıq.
Heç kimin bu məsələləri dilə gətirməyə cəsarət etmədiyi, Suriyadakı kürdlərin hüquqlarının müzakirə mövzusu olmadığı bir dövrdə biz bu həqiqətləri bütün həmsöhbətlərimizə açıq və qəti şəkildə çatdırmışıq".
Tam oxu
Xəbəri oxu