Ərdoğandan Suriya ilə bağlı daha bir açıqlama

10.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Suriyada 60 ildən çox davam edən diktatura rejimi və 13 illik vətəndaş müharibəsindən sonra yaranan sülh, sabitlik və əmin-amanlığı alqışlayır.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında paylaşıb.

Türkiyə Prezidenti ölkədə davamlı və əhatəli idarəetmə sisteminin yaradılmasına dəstəyini ifadə edib:

“Suriyalı qardaşlarımızın ölkələrini yenidən qurmaq səylərinə hər cür dəstəyi verəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью