Ərdoğandan Suriya liderinə jest Foto

05.02.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraanın ölkəyə səfəri üçün təyyarə ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Suriya lideri və nümayəndə heyətini Ankaraya gətirmək üçün prezident təyyarələrindən birini ayırıb.

“Şaraa Prezident Ərdoğanın jest olaraq Dəməşqə göndərdiyi prezident təyyarəsi ilə Ankaraya gəlib”, - nəşr yazıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью