Ərdoğandan suriyalıların qayıdışı ilə bağlı göstəriş

24.12.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya, Prezident Rəcəb Tayyib Ərdoğanın suriyalıların qayıdışı ilə bağlı göstərişini diqqətə çatıdırıb.


Bakupost.az xəbər verir ki, o, 2025-ci ilin 1 yanvar - 1 iyul tarixləri arasında suriyalı qaçqınlara hər ailədən bir nəfər üçün 3 giriş-çıxış haqqı veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Suriyada 61 illik BƏƏS rejiminin devrilməsindən sonra Türkiyədə son 15 gündə 25 mindən çox qaçqın Suriyaya qayıdıb və bu proses davam edir.


Rəhman Mirzəlizadə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью