Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AzVision.az hakimiyyətyönlü “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə prezidneti Rəcəb Tayyib Ərdoğan yanvarın 27-də Amerika lideri Donald Trampla telefon danışığında ABŞ, İran və Türkiyə arasında, videokonfrans formatında mümkün zirvə görüşünün keçirilməsinə çağırıb.
“Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir”, - qəzetin icmalçısı Hande Fırat yazır.
“Hürriyet” həmçinin qeyd edir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Türkiyəyə səfəri çərçivəsində həmkarı Hakan Fidanla danışıqlar aparacaq. Lakin səfərin konkret tarixi açıqlanmayıb.
Türkiyə və İranın xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışıblar. Onlar İranla bağlı son hadisələri və regionda gərginliyin azaldılması səylərini müzakirə ediblər.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. “Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir”, - qəzetin icmalçısı Hande Fırat yazır.