Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

03.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlardan təəssüf hissi keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı zamanı bildirib.
Məlumata görə, danışıq zamanı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan regionda daimi sülhün bərqərar olması, eləcə də sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.
Söhbət zamanı Ərdoğan İsrailin Qəzza üzrə Sülh Planının ikinci mərhələsinə dair yol xəritəsinə tam şəkildə əməl etməsinin vacibliyini qabardıb. O əlavə edib ki, Türkiyə bu istiqamətdə baş verən prosesləri yaxından izləyir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью