Ərdoğandan xəbərdarlıq: Millətimizin parçalanmasına icazə verməyəcəyik

27.01.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Biz etnik ayrı-seçkiliyə, təəssübkeşliyə, dilə, mədəniyyətə, mənşəyə və ya həyat tərzinə görə ayrı-seçkiliyə fürsət verməyəcəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Vanda keçirilən təşkilatının iclasında deyib.

Ərdoğan bildirib ki, heç vaxt millətin parçalanmasına imkan verilməyəcək: "Biz bu istiqamətdə səylərimizi daha da artıracağıq. İnşallah, 2028-ci il prezident və parlament seçkilərində 50 faizin üzərində səs alaraq qalib gələcəyik...".

Lamiyə Əhmədli
MİA.AZ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью