Ərdoğandan xəbərdarlıq: “Təslim olmasalar, başlarını əzəcəyik” | Icma.az
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir. Türkiyə Suriyadakı terror təşkilatlarını aradan götürməkdə qərarlıdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Başda İŞİD və PKK olmaqla terror təşkilatlarının başlarını əzməkdə qərarlıyıq.
Separatçı cinayətkarlar ya silahları ilə təslim olacaqlar, ya da silahları ilə birlikdə Suriya ərazisində dəfn ediləcəklər.
Kürd qardaşlarımızla aramıza divar çəkmək istəyən terror təşkilatını yox edəcəyik.
Əlbəttə, terror təşkilatlarının hesabı olduğu kimi, bizim də hesabımız var. İmperialistlərin oyunlarını pozacağıq.
Dövlətimizin əlində olan bütün imkanlardan istifadə edərək, qarşıdakı dövrdə terrordan təmizlənmiş Türkiyə hədəfimizə çatacağıq”, - dövlət başçısı bildirib.
Ərdoğan Suriyada sülhün Türkiyə üçün ciddi məsələ olduğunu vurğulayıb: “İŞİD həm Suriya, həm də bizim üçün məhv edilməli olan bir təhlükədir.
Tam oxu
Xəbəri oxu