Ərdoğandan xəbərdarlıq: Ukrayna böhranının həllində təxribatlar ola bilər

30.04.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının sülh yolu ilə həlli prosesində mümkün təxribatlar barədə xəbərdarlıq edib. O, Rusiya və Ukraynanı bu cür müdaxilələrə imkan verməməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz zaman-zaman, hətta gərginlik anlarında belə, tərəfləri sülh danışıqları üçün masa arxasında bir araya gətirə bildik. Və belə məqamlar mümkün təxribatlar və müdaxilələr üçün açıqdır. Məhz bu səbəbdən həm Rusiya, həm də Ukrayna sülh prosesini zəhərləmək istəyənlərə heç bir fürsət vermədən bu münaqişəyə son qoymaq üçün səmimi istək olmalıdır”,- deyə Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, Ukraynada uğurlu nizamlanmanın əsas şərti tərəflər arasında qarşılıqlı etimadın gücləndirilməsidir. O, Türkiyənin bu münaqişənin həllinə və sülhün qorunmasına töhfə verməkdə davam edəcəyini də xüsusi vurğulayıb.

Bundan əvvəl Türkiyə prezidenti bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin mayın 8-dən 10-dək təklif etdiyi atəşkəs təşəbbüsü davamlı sülhə doğru ilk addım ola bilər. Ərdoğan əlavə edib ki, Türkiyə Ukrayna münaqişəsinin ədalətli və davamlı sülhlə başa çatacağına inanır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью