Ərdoğandan yeni bəyanat KONKRET

09.11.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb.

KONKRET.az xəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərindən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamalar bu gün, noyabrın 9-da yayılıb.

Türkiyə Prezidenti Azərbaycanla münasibətlərə dair son dövrlərdə səsləndirilən fikirlərə münasibət bildirərək iki qardaş ölkə arasında ayrılıq yaratmaq istəyənlərin cəhdlərinin nəticəsiz qalacağını vurğulayıb.

“İlham Əliyev qardaşımla səmimi şəkildə qucaqlaşdıq, həsrətimizi aradan qaldırdıq. Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale ortaqlığı və qardaşlıq münasibətləri mövcuddur”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri iki ölkənin “Bir millət, iki dövlət” prinsipi əsasında hərəkət etdiyini xatırladıb.

“Bölgəmizdə və dünyada türkün güclü səsini digər qardaşlarımızla birlikdə ucaldacaq və firavan gələcəyi birlikdə quracağıq. Aramıza məsafə qoymağa çalışanlar xalqlarımızın bir-birinə məhəbbətini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almırlar”, – deyə o vurğulayıb.

Ərdoğan Türkiyə ilə Azərbaycanın bundan sonra da regionda sülh, sabitlik və rifah naminə çiyin-çiyinə irəliləyəcəyini bildirib.

O, iki ölkə arasında əməkdaşlığın enerji, nəqliyyat və infrastruktur sahələrində böyük layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.

Türkiyə Prezidenti Şuşa səfəri zamanı Qarabağda aparılan quruculuq işləri ilə yaxından tanış olduğunu və Azərbaycanın inkişafına dəstəyin davam edəcəyini də açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью