Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.
"Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. Azərbaycan və Ermənistan sülh yolunda əhəmiyyətli maneələri aşaraq son mərhələyə qədər gəlib çatdılar",- deyə Türkiyə Prezidenti vurğulayıb.
Yenilənir