Ərdoğanı sevirəm, amma... Tramp

08.07.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən danışarkən onun İsrailə qarşı hərbi əməliyyatlara qoşulmaq istədiyini, lakin bundan imtina etdiyini bildirib.

Redaktor.az xəbər verir ki o bu barədə NATO Baş katibi Mark Rutte ilə görüşdə deyib.

"Ərdoğanı sevirəm. O məni çox yüksək səviyyədə qarşıladı. O, möhtəşəmdir. Amma Benyamin Netanyahu dünən Türkiyə və Ərdoğan haqqında sərt fikirlər səsləndirdi.

Mən onunla danışdım və dedim ki, o, İsraili çox sevmədiyi, Netanyahunu də bəyənmədiyi üçün müharibəyə qoşula bilərdi. Ancaq mənim xahişimə görə bunu etmədi. Türkiyə hərbi baxımdan çox güclü dövlətdir. Onun milyonlarla əsgəri var. Onlar F-35 təyyarələrini almağa çalışırlar. Amma o, müharibəyə girmədi. Girmək istəyirdi və əgər mən olmasaydım, o müharibəyə girəcəkdi. O zaman isə qarşı tərəfdə yer alacaqdı", – Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью