Ərdoğanı təhqir edən aktrisa azadlığa çıxdı

21.11.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana həqarət etdiyi üçün həbs olunan tanınmış aktrisa Eda Saraç azadlığa çıxıb.

Metbuat.az xəbər verir ki, məhkəmə onun sərbəst buraxılması barədə qərar qəbul edib.

Bu barədə məlumatı aktrisanın vəkili Atahan Öztürk paylaşıb.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da İstanbulda olarkən Eda Saraç tıxaca düşmüşdü. Bununla barışmayan sənətçi dövlət başçısının ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün polis tərəfindən saxlanılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью