Ərdoğanı təhqir edən Ümit Ozdağ restoranda QANDALLANDI VİDEO

21.01.2025

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zafer Partiyasının sədri Ümit Özdağ, 19 yanvar 2025-ci ildə partiyasının il başqanları ilə keçirilən məsləhətləşmə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “Prezidentə təhqir” və “xalqı kin və düşmənçiliyə təhrik” ittihamları ilə başlanan istintaq çərçivəsində saxlanılıb.

Turkustan.az bildirir ki, Özdağ, Ankarada yemək yediyi restoranda saxlanıldıqdan sonra tibbi müayinədən keçirilib və İstanbula gətirilib. Zafer Partiyası rəsmi açıqlamasında bütün vətəndaşları və partiya üzvlərini Ümit Özdağın yanında olmağa dəvət edib və rəsmi kanallardan gəlməyən məlumatlara etibar edilməməsini istəyib.

Özdağın İstanbul Vatan Əmniyyət Müdirliyində gecələyəcəyi və sabah saat 09:00-da ifadə vermək üçün Çağlayan Ədliyyəsinə aparılacağı bildirilib. /yenisabah.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью