Ərdoğanın 3 cü dəfə prezident olmasını gündəmə gəldi Baxçalı açıq danışdı

06.10.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində yenidən namizəd olmasını istəyib.

Marja.az xəbər verir ki, Dövlət Baxçalı bunu MHP-nin Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında çıxışı zamanı bildirib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Baxçalı seçkilərin 2028-ci ildə keçirilməli olduğunu vurğulayaraq, Ərdoğanın bir dəfə də prezidentliyə namizəd olmasının tərəfdarı olduğunu açıqlayıb.

MHP sədrinin sözlərinə görə, Türkiyənin əldə etdiyi inkişaf tempinin davam etdirilməsi üçün Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olması və üçüncü dəfə prezident seçilməsi məqsədəuyğundur.    Pasted text

Baxçalı bildirib ki, qarşıdakı dövrdə Türkiyə, region və dünya üçün mühüm proseslər gözlənilir və bu mərhələnin idarə olunması üçün təcrübəli siyasi rəhbərliyə ehtiyac var.

“Cumhur İttifaqı”nın prezidentliyə namizədinin yenidən Rəcəb Tayyib Ərdoğan olması bizim arzumuz və tələbimizdir”, – MHP sədri bildirib.

O əlavə edib ki, bunun üçün Ərdoğanın razılığı ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin də konstitusion iradəsini bu istiqamətdə ortaya qoyması tələb olunur. Baxçalı Ərdoğanın indiyədək nümayiş etdirdiyi liderlik və Türkiyəyə qazandırdığı strateji imkanları onun daha bir müddət prezident postunda qalmasının əsas arqumentlərindən biri kimi göstərib.   

Baxçalı çıxışında həmçinin qarşıdakı parlament dövrünün struktur islahatları, “Terrorsuz Türkiyə” hədəfi, iqtisadi və demokratik islahatlar baxımından əhəmiyyətli olacağını bildirib. O, 2028-ci ildə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin Türkiyənin siyasi gələcəyi baxımından mühüm mərhələ olacağını vurğulayıb.   

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью