Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. "Bu yanaşma həm Türkiyə daxilindəki kürd vətəndaşlara yönəlmiş açıq bir həmrəylik mesajıd
O, çağırışında deyib ki, Suriyada terror təşkilatına qarşı əməliyyatlar bəhanə edilərək, tamamilə yalan və təhrif üzərində qurulmuş təbliğat
Terror təşkilatı ayrıdır, mənim kürd qardaşlarım ayrıdır. Ən kiçik səhvin ciddi nəticələr doğura biləcəyi həssas mərhələdən keçirik.
Uca Allah bizi bir-birimizə düşürmək istəyənlərə fürsət verməsin"Ərdoğan qeyd edib ki, geridə qoyduğumuz 15 ay ərzində çox mühüm addımlar atdıq.
“Prosesi bu nöqtəyə qədər gətirdik. Müvafiq komissiya yekun hesabatı hazırlayır.
Siyasət institutuna yol göstərəcək bir hesabatın ortaya çıxacağına inanıram”, - o bildirib.:Türkiyənin Azərbaycandakı keçmiş Hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu açıqlaması zamanlama və məzmun baxımından son dərəcə strateji və məsuliyyətli bir çağırışdır: “Ərdoğanın “terror təşkilatı ayrıdır, kürd qardaşlarım ayrıdır” vurğusu, əslində Türkiyənin uzun illərdir üzərində durduğu, lakin son dövrdə regiondakı gərginliklər fonunda daha da həssaslaşan məsələdir.
Burada verilən əsas mesaj budur: Terror təşkilatlarının fəaliyyətləri heç bir etnik kimliyi, xalqı və ya toplumu təmsil etmir.Bu yanaşma həm Türkiyə daxilindəki kürd vətəndaşlara yönəlmiş açıq bir həmrəylik mesajıdır, həm də xarici aktorların “kürdlər üzərindən siyasət qurmaq” cəhdlərinə qarşı ciddi bir siyasi mövqedir.
Həmçinin açıqlamada “tamamilə yalan və təhrif üzərində qurulmuş təbliğat” ifadəsi təsadüfi deyil.