Ərdoğanın “ağllı ol” mesajı kimə yönəlib?

05.03.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, dünən İrandan atılan raket İraq və Suriya hava məkanından keçərək Hatay bölgəsindəki hava məkanına doğru yönəlsə də, mərmi NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilmişdi.

“Cebheinfo.az”-ın məlumatın görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası açıqlama yaymışdı. 

Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oxşar hadisələrin təkrarlanmaması üçün İrana xəbərdarlıq edildiyini açıqlamışdı.İran həmin hadisə ilə bağlı dünən məhv edilən sursatın Türkiyəyə yönəlmədiyini bildirib.

Hazırda Türkiyənin “Sondakika.com” saytında yer alan xəbərə görə, dünyanın diqqəti regiona yönəldiyi bir vaxtda Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz təyyarə hücumu həyata keçirilib. 

Burada qeyd edilir ki, pilotsuz təyyarənin vurulmasından sonra Azərbaycan Xarici İşlər Nazirliyi "cavab vermək hüququmuzu özümüzdə saxlayırıq" deyə bildirib və İran səfiri Müctəba Dərmiçilu nazirliyə çağırıb.

Qeyd edilir ki, bölgəmizdəki vəziyyət belə olduğu bir vaxtda Prezident Rəcəb Tayyib Ərdoğandan diqqətəlayiq bir paylaşım gəlib.

Ərdoğan müdafiə sənayesində istehsal olunan silahların sınaq proseslərindən görüntülər paylaşıb və bu paylaşım "Cəsarət etmə, ağıllı ol" mesajı kimi şərh edilib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью