Ərdoğanın Azərbaycana səfəri planlaşdırılır

04.11.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana səfəri planlaşdırılır.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın noyabrın 11-12-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransında (COP29) iştirakı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью