Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bəzi informasiya saytlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ölən hərbçilərin ailələrinə və ölkədə yardıma ehtiyacı olan təbəqəyə 10 milyon dollar maddi yardım ayrılmasına dair qərar imzalaması barədə yayılan iddialar tamamilə əsassızdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb.
“İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara inanmasını, yalnız rəsmi qurumlar tərəfindən edilən açıqlamaları nəzərə almasını xahiş edirik”, - məlumatda qeyd olunub.
