Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Ankarada keçirilən NATO zirvəsi zamanı, jurnalistlərin suallarını cavablayarkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “Iran International” telekanalının müxbiri arasında maraqlı dialoq baş tutub.
Yeniavaz.com xəbər verir ki, jurnalistin ABŞ Prezidenti Donald Trampla İran mövzusunda danışıb-danışmadığı ilə bağlı sualına Türkiyə Prezidenti “Are you İran?” (“Sən İransan?”) deyə sualla qarşılıq verib.
Bildirilir ki, burada Ərdoğan jurnalistdən İrandan olub olmadığını soruşmaq istəyib. Jurnalist isə sualı başa düşərək Əfqanıstandan olduğunu bildirib.
Türkiyə Prezidentinin sualı bu formada verməsi qısa müddət ərzində sosial mediada gündəm olub.
Həmin anları əks etdirən kadrları təqdim edirik: