Ərdoğanın da nəzarətə götürdüyü cinayət işində Hökm oxundu | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Cari ilin yanvar ayında İstanbulun Kadıköy rayonunda 15 yaşlı Mattia Ahmet Minguzzini
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Anadolu 2-ci Uşaq Ağır Cəza Məhkəməsində keçirilən son iclasda məhkəmə heyəti hökmü
Hökmə əsasən, Minguzzini bıçaqlayaraq öldürən iki nəfər “qəsdən adam öldürmə” maddəsi ilə təqsirli bilinib.
Onlara hadisəni emosional təsir və ya təhrik altında törətmədikləri üçün ən ağır cəza, yəni 24 il həbs verilib.
Hadisə zamanı qətli törədənlərin yanında daha iki yeniyetmə də olub. Onlar da eyni cinayət işi üzrə ittiham olunurdular.
Ancaq araşdırmadan sonra məhkəmə onların günahsız olduğuna qərar verib və barələrində bəraət və azadlığa buraxılma qərarı çıxarıb.
İclasda mərhumun ailəsi və vəkilləri də iştirak edib. Ailə üzvləri qərarın elanından sonra haqq və ədalətin yerini tapdığını bildiriblər.
Xatırladaq ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanıb.
Tam oxu
Xəbəri oxu