Ərdoğanın Ermənistan üçün yardım xəbəri saxtadır Rəsmi açıqlama

27.01.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bəzi media və sosial şəbəkələrdə yayılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olan hərbçilərin ailələrinə maddi yardım ayrılması ilə bağlı qərar imzalaması iddiaları təkzib edilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb.

Mərkəzin yaydığı açıqlamada bu məlumatların tamamilə əsassız olduğu bildirilib. Vurğulanıb ki, yayılan iddialar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və Türkiyəni, eləcə də Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyadır.

DMM ictimaiyyəti yalnız rəsmi qurumların açıqlamalarına inanmağa çağırıb.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью