Ərdoğanın geyimində diqqətçəkən məqam (Foto)

22.10.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında "Bədir" anlaşma memorandumunun imzalandığı gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun iclasına milli döyüş təyyarəsi KAAN-ın təsvirləri olan qalstukla qatılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qalstukun hər bir halqasında KAAN təyyarəsinin beş təsviri yer alıb.

Bu detalı telekanalın Ankara müxbiri Fatih Poyraz diqqətə çatdırıb. Məlumata əsasən, qalstuk daha əvvəl Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib.

Ərdoğanın geyimindəki gizli mesaj - Foto

Diqqətçəkən məqam odur ki, həmin gün Dohada Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью