Ərdoğanın müşaviri: Azərbaycan Ermənistan sülh sazişinin imzalanması üçün öhdəmizə düşəni etməyə hazırıq

10.05.2025

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün öhdəsinə düşəni etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, yekun qərarı Azərbaycan və Ermənistan verəcək.

A.Ç.Kılıç, həmçinin qeyd edib ki, Türkiyə Ermənistanla əlaqələrə regionun sabit gələcəyi aspektindən yanaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью