Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğanın baş müşaviri Yalçın Topçu bu günlərdə Bakıya gəlib.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik: - Yalçın bəy, Azərbaycana xoş gəlmisiniz. Əvvəla səfərinizin məqsədini öyrənmək istərdik.
- Öncəliklə qəhrəman Azərbaycan xalqına təşəkkür edirəm. Çünki onlar 1944-cü ildə sürgün edilmiş Axısqa türklərinə qucaq açıblar.
Mən özüm Axısqa türküyəm və Bakıya da Dünya Axısqa Türkləri Təşkilatının beşinci qurultayında iştirak üçün gəlmişəm. - Maraqlıdır...
Bu təşkilatın əsas məqsədləri nədir? - Əsas məqsəd 1944-cü ildə 9 ölkəyə sürgün edilmiş axısqalıların vətəninə geri dönməsidir.
Eyni zamanda, onların mədəni, təhsil, ümumilikdə isə təməl ehtiyaclarının həllinə yardım etmək qurumun əsas vəzifələrindəndir.
- Sürgün edilmiş türklər əsasən hansı ölkələrdə məskunlaşıb, onların geri dönüşü nə dərəcədə realdır?