Ərdoğanın nəvəsi mahnı oxudu VİDEO

05.09.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvəsi Fatima Serra Ərdoğan ifası ilə sosial mediada diqqət çəkib.
Fatima Serra Ərdoğan Türk sənət musiqisinin klassik nümunələrindən biri olan “Yine Bir Gülnihal” əsərini səsləndirib. Hammâmîzâde İsmâil Dədə Əfəndinin bəstələdiyi və sözlərini yazdığı əsərin yeni layihə üçün aranjemanını Hakan Kuralay hazırlayıb.
Yetev Məktəblərinin Çamlıca kampusunda həyata keçirilən layihə çərçivəsində Fatima Serra Ərdoğanın həm studiya qeydindən, həm də səhnə çıxışından görüntülər təqdim olunub.
Onun mahnını ifa etdiyi anlar sosial şəbəkələrdə qısa müddətdə maraq doğurub. İfa çoxsaylı bəyənmə və müsbət rəylə qarşılanıb.

Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью