Ərdoğanın oğlu klub prezidentini hədələdi: Belə idarəçilik olmaz

20.05.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident Ərdoğanın oğlu Bilan Ərdoğan gözlənilməz açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Fənərbağça"nın prezidentliyə namizəd olacağı ilə bağlı iddiaları təkzib edib.

Lakin klubun idarəçiliyini bəyənmədiyini də gizlətməyib. "Belə idarəçilik olmaz" deyən Bilal Ərdoğan adını çəkmədən klubun hazırkı preziidentini hədələyib: "Mən "Fənərbağça"nın daha yaxşı idarə olunmasını istəyirəm. Biz o sevincli günlərin xəyalını qurmaqdayıq. Bilənlər bilir, ölkə başçısımızın da (Ərdoğanı nəzərdə tutur - Mia.az) dəstəklədiyi komandadır. Artıq uğurlara ac azarkeşə çevrilmişik. Ancaq hər kəs bilsin ki, mən "Fənərbağça"nın prezidentliyinə namizəd deyiləm. Təbii ki, "Fənərbağça"nın daha yaxşı idarə olunmasını istəyirəm..."

Fərid ASLAN
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью