Ərdoğanın restoranı gündəmdə: Qarşısında uzun növbələr var

03.08.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın ən böyük səhmdarlarından biri olduğu İstinye Tavukçusu restoran şəbəkəsinə maraq artıb. Xüsusilə İstanbulun Qalataport ərazisində yerləşən filialın qarşısında axşam saatlarında uzun növbələrin yarandığı bildirilir.

"Bakupost" Musavat.com-a istinadən xəbər verir ki, son günlər restoranın populyarlığının artması səbəbindən Qalataportdakı filialın qarşısında müştərilər içəri daxil olmaq üçün dəqiqələrlə növbədə gözləyirlər.

Məlumata əsasən, restoranda əsas yeməklərin qiyməti 445–545 Türkiyə lirəsi arasında dəyişir.

Bilal Ərdoğan bu ilin əvvəlində gənclərlə görüş zamanı “Gəlirinizi necə əldə edirsiniz?” sualını cavablandırarkən qida sektorunda fəaliyyət göstərdiyini bildirmişdi.

O qeyd etmişdi ki, Türkiyə və xaricdə restoranları var. Mətbuatda yer alan məlumata görə, onun ən böyük səhmdarlarından olduğu restoran şəbəkəsi İstinye Tavukçusudur. Şirkətin ortaqları arasında Süməyyə Ərdoğan Bayraktar, Mustafa Esenkal və Ali Bahadır Yeşil də yer alır.

Məlumata görə, Bilal Ərdoğan yaxın vaxtlarda restoran şəbəkəsinin Ankara və Bakıda da yeni filiallarının açılmasının planlaşdırıldığını bildirib.

Hazırda şəbəkənin İstanbul, İzmir və Dubayda fəaliyyət göstərən filialları mövcuddur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью