Ərdoğanın sərt ritorikası Türkiyə lideri Trampa əsəbiləşib? | Icma.az
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq edib.
Ölkə lideri qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir.
Ərdoğan vurğulayıb ki, Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil.
Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür və təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əziz Əlibəyli Türkiyənin Avropa İttifaqına üzvlüyünün əslində bir zərurət olduğunu bildirib.
Onun sözlərinə görə, 1980-ci illərdən etibarən bu üzvlük gözləmə rejimindədir: “Bu müddət ərzində hətta keçmiş SSRİ-dən ayrılan ölkələr belə ittifaqa qəbul olundu, lakin Türkiyəyə münasibətdə bu addım atılmadı.
Xüsusilə İslam amili və İslam dünyagörüşü NATO çərçivəsində, SSRİ-yə qarşı mübarizədə qəbul olunsa da, Türkiyənin rifah və iqtisadi ittifaqda yer alması istənilmədi.
Türkiyənin artan nüfuzu, dinamik inkişafı, potensialı və gənc əhalisi Avropa üçün fərqlilik yaradırdı və bu, müəyyən narahatlıqlara səbəb olurdu”.
Tam oxu
Xəbəri oxu