Ərdoğanın “sevdası” ilə bağlı təəccüblü NƏTİCƏ

16.07.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“ORC Research” Prezident Rəcəb Tayyib Ərdoğanın “mənim sevdam" adlandırdığı İstanbul üçün son seçki sorğusunun nəticələrini paylaşıb. 

“Cebheinfo.az” xəbər verir ki, 2026-cı ilin iyun-iyul aylarını əhatə edən sorğuya görə, İstanbulda AK Partiya ilə CHP arasındakı səs fərqi demək olar ki, sıfıra enib. Siyasətin ürəyinin döyündüyü İstanbulda seçicilərin fikrini ölçən sorğuda respondentlərə  "Bu bazar günü ümumi seçkilər olsaydı, hansı partiyaya səs verərdiniz?" sualı verilib. 

Nəticədə AK Partiya ilə CHP arasındakı rəqabət təəccüb doğurub. Sorğunun nəticələrinə görə, hakim partiya AKP 34,6% ilə İstanbulda birinciliyini qoruyub saxlayıb, əsas müxalifət partiyası CHP isə 32,7% ilə geridə qalıb. İki partiya arasındakı fərqin cəmi 1,9 faiz olması meqapolisdə yarışın nə qədər şiddətli olduğunu göstərir. 

İstanbulda DEM Partiya 8,5 faiz səslə üçüncü olub, onu 5,8 faizlə MHP və 4,8 faiz səslə İYİ Partiyası izləyib. Qaçqınlarla bağlı mövqeyi ilə tanınan Zəfər Partiyasının səsi 3,9 faizə çatıb, Yenidən Rifah Partiyası 2,7 faiz, BBP 1,3 faiz və Səadət Partiyası 0,9 faiz səs toplayıb. 

Digər partiyaların ümumi səsi 4,8 faiz olub. Nəticələr göstərir ki, İstanbuldakı iki əsas blok arasındakı balans çox həssasdır. DEM Partiyası, MHP və İYİ Partiyası kimi aktorların səs faizləri çox vacibdir və bu, mümkün ümumi seçki ssenarisində İstanbuldakı bölgüyə birbaşa təsir göstərir. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью