Ərdoğanın Suriyaya səfəri gözlənilir Türkiyənin müvəqqəti işlər vəkili AzPolitika onlayn siyasiictimai qəzet

22.12.2024

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür.

Yeni mərhələ barədə danışan diplomatın sözlərinə görə, Suriya-Türkiyə münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini bildirmişdi. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью