Ərdoğanın təyyarəsi ikinci cəhddən sonra enib VİDEO

13.10.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə əvvəlcə hava limanının uçuş-enmə zolağının yanından keçib, qısa müddət Qırmızı dənizin üzərində havada qaldıqdan sonra təhlükəsiz şəkildə aeroporta enib. Əlavə təfərrüatlar açıqlanmayıb.
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir Türkiyə prezidentini sammitin keçirildiyi məkanda Misir lideri Əbdülfəttah əs-Sisi qarşılayıb. Ərdoğan sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşmək niyyətindədir.
Xatırladaq ki, sözügedən konfransa dəvət almış Azərbaycan prezidenti İlham Əliyev Misirə səfər edib.


Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью