Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəhid və qazi yaxınlarının dövlət qulluğu vəzifələrinə təyin edilməsi mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı dialoqa səbəb olan fikir mübadiləsi aparıb.
Turkustan.az xəbər verir ki, Ərdoğan təyin olunanlar arasında yer alan Sadettin Yazıcıya siqareti tərgitməyi tövsiyə edib. Yazıcının “Siqaret çəkdiyimi haradan bildin?” sualı salonda təbəssümlə qarşılanıb.
Ərdoğan isə Yazıcının siqareti tərgitməyə söz verdiyini qeyd edərək, “O, siqareti tərgitməyə söz verdi” deyə, cavab verib.
Aytən Yaşar/ Turkustan.az