Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
"Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla daim təmasdayıq"
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
O qeyd edib ki, Ərdoğanla sonuncu dəfə nə vaxt danışdığını xatırlamır: "Amma təbii ki, biz regiondakı və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişik. Türkiyənin Yaxın Şərqlə bağlı mövqeyi bizə, bizim mövqeyimiz də onlara məlumdur".