“Ərdoğanla dostluğum NATO nu xilas etdi” Stoltenberq | Icma.az
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
NATO-nun sabiq baş katibi Yens Stoltenberq yeni kitabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla illər ərzində formalaşan yaxın münasibətlərinin ittifaqın parçalanmasının qarşısını aldığını etiraf edib.Stoltenberq bu barədə "CNN"-in “Amanpour” proqramında danışıb.
O, yeni “On My Watch” adlı kitabında NATO daxilindəki ən gərgin dövrlərdə Ərdoğanla birbaşa əlaqənin böhranların həllinə mühüm təsir göstərdiyini qeyd edib:“Ərdoğanla birbaşa ünsiyyət qurmaq bir çox böhranı aradan qaldırdı.
Türkiyə olmadan NATO birliyini qorumaq mümkün olmazdı".Kitabda 2015-ci ildə Türkiyənin Rusiya qırıcı təyyarəsini vurması ilə başlayan gərginlik ayrıca yer tutur.
Stoltenberq yazır ki, bu hadisə NATO daxilində ciddi fikir ayrılığına səbəb olub:“Kənara qarşı Türkiyəni dəstəklədiyimizi bəyan etsək də, ittifaq daxilində fikir ayrılığı dərin idi.
Fransa və İtaliya açıq dəstəyə qarşı çıxırdı, Almaniya isə ehtiyatlı mövqe tuturdu".Hadisədən dərhal sonra Rusiyanın Suriya sahillərinə “Moskva” hərbi gəmisini yerləşdirdiyini, Avropada isə panika yarandığını qeyd edən Stoltenberq bu hadisəni “ittifaq üçün dönüş nöqtəsi” adlandırıb.
Stoltenberq 2019-cu ildə Ankarada baş tutan görüşdə Ərdoğanın sərgilədiyi mövqeni belə xatırlayır:“Ərdoğan dedi ki, biz kürdlərə qarşı deyilik.
Bizim qarşımızda olan silahlı qrup – YPG-dir və onlar terrorçudurlar.
Tam oxu
Xəbəri oxu