Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün konstruktiv keçdiyini və iki ölkə arasında müsbət dialoqun davam etdiyini bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bunu türkiyəli jurnalistin sualını cavablandırarkən deyib.
“Prezident Ərdoğanla çox konstruktiv görüşümüz oldu və aramızda olduqca müsbət dialoq var. Münasibətlərimizin bundan sonra da inkişaf edəcəyini səbirsizliklə gözləyirik”, – deyə Ermənistanın baş naziri bildirib.
O, iki ölkə arasında regional əlaqəlilik kontekstində tərəfdaşlığa əhəmiyyət verib-vermədiyi barədə suala cavabında dəmir yolu əlaqəsinin bərpasının vacibliyini vurğulayıb:
“İndi ölkələrimiz arasında dəmir yolunu təmir edib istifadəyə açmalıyıq. Bu istiqamətdə iş aparırıq”.