Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

09.04.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianla telefonla danışıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, liderlər növbəti sülh danışıqlarını müzakirə edib.
 

Ərdoğan qarşıdakı günlərdə başlayacaq danışıqlardan davamlı sülh və sabitlik naminə maksimum dərəcədə istifadə olunmasının vacibliyini vurğulayıb.


O, prosesi pozmaq istəyənlərə fürsət verilməməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib və Türkiyənin hər cür töhfə verməyə hazır olduğunu bildirib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью