Ərdoğanla Pezeşkian Xankəndidə görüşəcək

10.06.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Məsud Pezeşkianın Azərbaycanda iki və çoxtərəfli formatda görüşü nəzərdə tutulub.

Bu barədə Ölkə.az-a diplomatik mənbələrdən məlumat verilib. 

Bildirilib ki, hər iki ölkə liderinin görüşü iyulun əvvəlində Azərbaycanın Xankəndi şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısında baş tutacaq.

Ərdoğanla Pezeşkian qlobal və regional məsələlər, xüsusən də Yaxın Şərqdə, Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Görüşdə eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirə ediləcəyi istisna deyil.

Mürtəza
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью