Ərdoğanla Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

20.08.2025

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri arasında baş tutan görüşü müzakirə ediblər.

Eyni zamanda, Ərdoğanla Putin Ukraynadakı münaqişə ilə bağlı son vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar.

Rusiya prezidenti İstanbulda Ukrayna nümayəndələri ilə danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardımı da xatırlayıb./Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью