Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyə suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması, Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi, eləcə də Qara dəniz regionunda normal həyatın bərpası istiqamətində atdığımız addımları daim dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
“Prezident Rəcəb Tayyib Ərdoğanla bu məqsədlərə nail olmağa kömək edə biləcək bir sıra fikir və təklifləri müzakirə etdik”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, Qara dəniz Taxıl Dəhlizi üzərində işləməyə davam etmək üçün Türkiyə prezidenti ilə razılığa gəlib.