Ərdoğanla səmimi söhbətimiz oldu

16.07.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən təəssüratlarım müsbətdir".
Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.

"Mən Türkiyə Prezidentinə dəvətə və açıq və səmimi söhbətə görə təşəkkür etdim. Biz bütün məsələləri müzakirə etdik, mən kommunikasiyaların açılmasını, əlaqələrin qurulmasını, müxtəlif sahələrdə mümkün əməkdaşlığı nəzərdə tuturam", - o deyib.

Paşinyan qeyd edib ki, nəzərəçarpacaq nəticə yoxdur, eyni zamanda, təsəvvürlər o mənada dəyişməlidir ki, köklü məsələlər bir hərəkət, bir danışıqla və bir görüşlə həll olunmayacaq.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью