Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş keçiriləcək.
Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak açıqlayıb.
Onun sözlərinə görə, danışıqlar Nyu-Yorkda baş tutacaq.
Liderlərin görüşü BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilə bilər.
Qeyd edək ki, sözügedən sessiya sentyabrın 8-dən 28-dək davam edəcək.