Ərdoğanla Tramp ikitərəfli əlaqələri, regional, qlobal hadisələri müzakirə ediblər | Icma.…
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan olan həmkarı Donald Trampla telefon danışığı aparıb."Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.Dövlət başçıları Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələri, eləcə də regional və qlobal hadisələri müzakirə ediblər.Ərdoğan Türkiyənin Suriyadakı hadisələri yaxından izlədiyini və bu ölkənin birliyinin, bütövlüyünün və ərazi bütövlüyünün Türkiyə üçün vacib olduğunu bildirib.Telefon danışığında İŞİD-ə qarşı mübarizə və Suriya həbsxanalarındakı İŞİD üzvlərinin vəziyyəti də müzakirə olunub.
Ərdoğan terrorçuluqdan azad və hər cəhətdən inkişaf edən dinc Suriyanın regionun sabitliyinə töhfə verəcəyini bildirib.Türkiyə Prezidenti Qəzzada sülhün bərqərar olması üçün səylərin davam etdiyini və rəsmi Ankaranın bu məsələdə ABŞ ilə əlaqələndirilmiş şəkildə hərəkətə davam edəcəyini bildirib.Ərdoğan Qəzza üzrə Sülh Şurasına dəvətə görə Trampa təşəkkür edib.Daha əvvəl Tramp Ərdoğanın yürütdüyü siyasəti çox bəyəndiyini, onunla vacib telefon danışığı aparacağını bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu