Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, tərəflər Türkiyə-ABŞ ikitərəfli münasibətləri, Suriyadakı son vəziyyət, Qəzza Sülh Komitəsinin işi, ticarət əlaqələri, xüsusən də müdafiə sənayesində, regional və qlobal durumu müzakirə ediblər.
Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini artıracaqlarını deyib: "Bütün sahələrdə əlaqələrin inkişafı hər iki ölkənin ortaq maraqlarına xidmət edəcək"
Prezident Ərdoğan Türkiyənin qonşusu Suriyada atəşkəs və inteqrasiya sazişinin tam şəkildə həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb: "ABŞ və Suriya hakimiyyəti ilə koordinasiyalı şəkildə prosesi yaxından izləyirik".
Prezident Ərdoğan Qəzza Sülh Komitəsinin səmərəli iş görəcəyinə də inamını ifadə edib: "Bu prosesin Qəzzada humanitar fəlakəti bitirəcəyinə və yenidən qurulmasına və ən əsası, daimi sülhün yolunu açacağına inanıram"
Firudin Səfərli
MİA.AZ